Hava yenə dəyişəcək: Leysan yağacaq, dolu düşəcək

Hava yenə dəyişəcək: Leysan yağacaq, dolu düşəcək
  04 İyul 2016    Oxunub:2364
Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, iyulun 5-dən 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Yağıntının leysan xarakterli, intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.

AzVision.az


Teqlər:





Xəbər lenti