Bakının sürüşən avtovağzalında son vəziyyət

Bakının sürüşən avtovağzalında son vəziyyət
  04 İyul 2016    Oxunub:3205
Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri yekunlaşmaq üzrədir. Hazırda həmin hissəyə yeni asfalt örtüyü çəkilir.
Bu barədə AzVision.az-a “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, aparılan təmir işləri yaxın günlərdə tam olaraq yekunlaşacaq.

Qurum rəsmisi bildirib ki, ərazidə bərkitmə işləri "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə "Evrascon" şirkəti tərəfindən aparılır.

Xatırladaq ki, ötən ilin oktyabrında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində baş verən sürüşmə nəticəsində yaxınlıqdakı magistral yolda çatlar yaranmışdı.

Sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış hər iki tərəfdən məhdudlaşdırılmışdı.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti