Çaylarda daşqın olub

Çaylarda daşqın olub
  04 İyul 2016    Oxunub:1870
Ötən günlər ərzində Balakən-Şəki bölgəsinə yağan lokal leysan xarakterli yağış nəticəsində iyulun 2-də axşam və iyulun 3-də gecə saatlarında Kişçay və Şinçay çaylarından qısamüddətli daşqın keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, hazırda həmin çaylarda sabit sululuq müşahidə olunur. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 50-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-90 faizini təşkil edir.

İyulun 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 255 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 56 faizi qədər olub.

Ötən günlərdə yağan leysan xarakterli yağışlar nəticəsində iyulun 4-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 115 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 230 m3/s olmaqla, ongünlük normanın 157 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 35 m3/s təşkil edərək ongünlük normanın 24 faizinə bərabər olub.

İyulun 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 4, Salyanda 5, Bankədə 10 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 sm (2015-ci il iyulun 04-də 331 sm), Salyanda 93 sm (2015-ci il iyulun 04-də 85 sm), Bankədə 191 sm (2015-ci il iyulun 04-də 190 sm), Araz çayının Novruzlu məntəqəsində isə 47 sm (2015-ci il iyulun 04-də 42 sm) təşkil edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti