Ağdaşdakı seçkilərin nəticələri təsdiqləndi

Ağdaşdakı seçkilərin nəticələri təsdiqləndi
  05 İyul 2016    Oxunub:1957
2016-ci il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunması ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, plenum iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

Plenum iclasında seçkilərlə bağlı məlumat verilib. Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul etmək üçün fasilə verib. Məşvərətdən sonra sədr Fərhad Abdullayev deyib ki, məhkəmə seçkilərin yekunları rəsmən təsdiqləyib.

Beləliklə 90 saylı Ağdaş seçki dairəsi üzrə deputat seçilmiş C. Osmanovun deputat statusu təsdiq edilib.

Qeyd edək ki, iyunun 29-da MSK iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolu və ona əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov deputat seçilib. C. Osmanov 19 674 (85.6%) səs toplayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti