Bayram günü hava necə olacaq?

Bayram günü hava necə olacaq?
  05 İyul 2016    Oxunub:1839
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

İyulun 6-da bəzi Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-metereoloji proqnoza əsasən, iyulun 6-7 də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddütü meteohəssas insanlar üçün əlverişlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti