İlham Əliyev NATO sammitində - VİDEO (YENİLƏNİB)

İlham Əliyev NATO sammitində - VİDEO (YENİLƏNİB)
  08 İyul 2016    Oxunub:3170
Xəbər verdiyimiz kimi, bu gün Polşanın paytaxtı Varşavada NATO sammiti öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, sammitə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.

Varşavada səfərdə olan prezident İlham Əliyevi Polşa prezidenti Andjey Duda və NATO-nun Baş katibi Yens Stoltenberq qarşılayıb. İlham Əliyev Polşa prezidenti Andjey Duda və NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə xatirə şəkli çəkdirib.



İlham Əliyevlə yanaşı sammitdə ABŞ prezidenti Barak Obama, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron və digər dövlət, hökumət başçıları iştirak edirlər.

Daha sonra sammit iştirakçıları birlikdə xatirə şəkil çəkdiriblər. Xatirə şəkli çəkildikdən sonra Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qısa söhbət baş tutub.



NATO sammitində ümumilikdə 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə nazirinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, sammit zamanı təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, Rusiya ilə münasibətlər, terrorizmə qarşı mübarizə, Gürcüstan və Moldovanın müdafiə imkanlarının gücləndirilməsinə dəstək məsələsi müzakirə ediləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti