`Ana ölümlərinin sayı azalıb` - Səhiyyə naziri

`Ana ölümlərinin sayı azalıb` - Səhiyyə naziri
  09 İyul 2016    Oxunub:2153
“Azərbaycanda ana ölümü göstəricisi 34,2-dən 14,4-ə düşüb. Bu bizim üçün çox yüksək göstəricidir. Lakin biz daha yaxşı nəticələr üçün çalışmalıyıq”.
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin kollegiya iclasında bildirib.

O qeyd edib ki, ölkədə ana və uşaqların sağlamlığı daim diqqət mərkəzindədir: “Ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq diridoğulmanın yeni meyarlarına keçilib. Əvvəllər çəkisi 1000 qramdan az olan uşaqlar diridoğulmuş kimi qeydiyyata alınmırdısa, indi kütləsi 500 qramdan artıq olan bütün körpələr diridoğulmuş sayılır və onlara tam həcmli tibbi yardım göstərilir. Tibb işçilərinin səyi nəticəsində onların təxminən 40%-ə qədərini xilas etmək mümkün olur. Bu isə hətta Avropa üçün də çox yüksək göstəricidir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti