Aprel döyüşlərində yaralanan hərbçimiz dünyasını dəyişdi

Aprel döyüşlərində yaralanan hərbçimiz dünyasını dəyişdi
  10 İyul 2016    Oxunub:3769
Aprelin 2-də cəbhə xəttindəki döyüşlərdə ağır yaralanaraq həmin zamandan komada olan, əslən Şəkinin kəndindən olsa da, ailəsi ilə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Qara oğlu Tağıyev dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə Mingəçevirdən seçilən millət vəkili Aydın Mirzəzadə “Facebook” səhifəsində bildirib.

“Ailəsinin istəyi ilə o, bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək. Allah rəhmət eləsin”,-deyə millət vəkili qeyd edib.

Qeyd edək ki, Ülkər, Nihat və Nicat adlı üç uşaq atası olan Rahim Tağıyev, 18 ildir ki, Milli Orduda xidmət edirdi.

Allah rəhmət eləsin!



AzVision.az


Teqlər:  





Xəbər lenti