Polis 80-dən çox sürücünü cərimələdi - FOTO

Polis 80-dən çox sürücünü cərimələdi - FOTO
  11 İyul 2016    Oxunub:1303
Yol polisi Qax rayonunda reyd keçirib.
AzVision.az bildirir ki, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı keçirilən reyd Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) alayının 5-ci tağımının əməkdaşları tərəfindən təşkil edilib.

YPX inspektoru Ramin Soltanov report-a bildirib ki, reydin keçirilməsində məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır: "Yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomaşın idarə edən sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Reyd zamanı ümumilikdə 80-dən çox sürücü məsuliyyətə cəlb olunaraq barələrində inzibati qaydada protokollar tərtib edilib".

YPX əməkdaşı bildirib ki, reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti