Məmmədyarov müavinini nazirlərin görüşünə göndərir

Məmmədyarov müavinini nazirlərin görüşünə göndərir
  11 İyul 2016    Oxunub:1319
Azərbaycanı Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin 7-ci qeyri-rəsmi görüşündə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.
Bu barədə AzVision.az-a XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

Xatırladaq ki, görüş iyulun 11-12-də Kiyevdə keçiriləcək. Toplantıda Aİ-nin qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han, daxili bazar, sənaye, kiçik və orta sahibkarlıq üzrə komissarı Elizabeta Bienkovska və xarici siyasət xidməti baş katibinin müavini Helqa Şmidt, eləcədə “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər və iqtisadiyyat nazirləri iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti