Milli Komissiyanın tərkibi dəyişdirildi

Milli Komissiyanın tərkibi dəyişdirildi
  11 İyul 2016    Oxunub:1605
YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tərkibində dəyişiklik edilib.
AzVision.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sənədə əsasən, “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın 3-cü hissəsinin “Komissiya sədrinin müavinləri” bölməsində “Əli Abbasov” sözləri “Ramin Quluzadə” sözləri ilə, “Komissiyanın üzvləri” bölməsində “Samir Nuriyev” sözləri “Əsgər Ələkbərov” sözləri ilə əvəz edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti