Şəhid tankçının dəfnindən VİDEO

Şəhid tankçının dəfnindən VİDEO
  11 İyul 2016    Oxunub:20563
Aprelin 2-də təmas xəttində gedən döyüşlər zamanı ağır yaralanan və həmin vaxtdan Mərkəzi Hərbi Klinik Hospitalda koma vəziyyətində müalicə alan tankçı Rahim Qara oğlu Tağıyev vəfat etdi.
AzVision.az `EL TV`-yə istinadən xəbər verir ki, onun cənacəsini Mingəçevir şəhəri, Əliağa Vahid 2 ünvanında yerləşən evindən Şəhidlər Xiyabanınadək əllərində Azərbaycanın bayrağı olan on minlərlə insan müşayiət etdi. “Şəhidlər Ölməz, Vətən bölünməz” şüarı ilə son mənzilə yola salındı.



“Bir valideyn kimi onu arzu edirəm ki, bütün cavanlar Rahim kimi torpaq uğrunda canından keçməyə hazır olsunlar. Mən bunu arzulayıram”-deyə şəhidin atası Qara Tağıyev bildirib.



1979- cu il təvəllüdlü Rahim Tağıyev əslən Şəkidəndir. Ailəsi ilə Mingəçevir şəhərində yaşayırdı. 1998-ci ildə həqiqi hərbi xidmətə çağırılan Rahim Tağıyevsonralar da orduda fəaliyyətini davam etdirib. Tank komandiri olub. 3 övladı- 2 oğlu, 1 qızı var.



AzVision.az


Teqlər:  





Xəbər lenti