`Əli Mirəliyev elə eləməsin ki, onu...` - İlhamənin oğlu

`Əli Mirəliyev elə eləməsin ki, onu...` - İlhamənin oğlu
  12 İyul 2016    Oxunub:23803
“Vərəsəlik hüququmla bağlı iddianın rədd edilməsi xəbəri yalandır. Bu günə kimi necə yalan danışıblarsa, indi də davam edirlər”
Bunu AzVision.az-a açıqlamasında məhrum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov deyib. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin onun iddiasını təmin etməməsi barədə xəbər həqiqəti əks etdirmir.

“Əli Mirəliyevin qızı Samirə Mirəliyeva deyir ki, guya məhkəmə mənim vərəsəlik hüququmla bağlı iddiama rədd cavabı verib və hesab edib ki, əmlak anamın bacılarının arasında bölünməlidir. Belə bir şey olmayıb. Məhkəmə hələ də davam edir. Əli Mirəliyev və qızı mənə böhtan atır. Onların yalan danışmaqdan başqa əllərindən iş gəlmir. Sadəcə olaraq belə yalanları ilə mətbuatın diqqətini öz üzərlərinə çəkirlər. Mən səbirli adamam. Ancaq səbrimin bir həddi var. Elə etməsinlər ki, onların qanun çərçivəsində cavablarını verim”.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın yaxın qohumu Əli Mirəliyevin qızı Samirə Mirəliyeva bildirib ki, Yasamal Rayon Məhkəməsi özünü mərhum xalq artistinin yeganə varisi hesab edən Orxan Nadirovun iddiasını təmin etməyib. Məhkəmə hesab edib ki, İlhamə Quliyevanın bütün əmlakı bacılarının arasında bölünməlidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti