`Ukrayna ilə hərbi əməkdaşlıq genişləndiriləcək` - Prezident

`Ukrayna ilə hərbi əməkdaşlıq genişləndiriləcək` - Prezident
  14 İyul 2016    Oxunub:3028
Ukrayna və Azərbaycan hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətindədir.

AzVision.az İnterfax-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Ukrayna prezidenti Pyotr Poroşenko ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Birgə sənaye komplekslərinin yaradılması olduqca vacibdir. Bu, həm ağır sənaye, həm də hərbi texniki əməkdaşlıq üçün vacibdir. Bu sahənin inkişafı üçün yaxşı imkanlar var”, - deyə İlham Əliyev bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti