Poroşenko Bakıda erməniləri məyus etdi

Poroşenko Bakıda erməniləri məyus etdi
  14 İyul 2016    Oxunub:3776
“Dağlıq Qarabağ münaqişəsi ətrafında “status-kvo”nun saxlanılması qəbuledilməzdir”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkliyir: “Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı qəti mövqeyini sevinclə qarşılayır və alqışlayırıq. Ukrayna Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və Azərbaycanın Krımla bağlı analoji mövqeyini alqışlayır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olub və Ukraynanı fəal dəstəkləyib. İndi biz bildiririk ki, Azərbaycan da bizim 2016-2017-ci illərdəki üzvlüyümüz dövründə Ukraynanın dəstəyinə arxalana bilər”.

Poroşenko azərbaycanlı həmkarı İlham Əliyevlə “AN-178” təyyarələrinin Azərbaycanda birgə istehsalı imkanlarını müzakirə etdiyini də xatırladıb: “Ən perspektiv layihələrdən biri Azərbaycana "An-178" təyyarələrinin göndərilməsi və gələcəkdə bu təyyarələrin Azərbaycan ərazisində birgə istehsalı ilə bağlıdır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti