Artur Rasizadə Poroşenkoya Bakını göstərdi - Fotolar

Artur Rasizadə Poroşenkoya Bakını göstərdi - Fotolar
  14 İyul 2016    Oxunub:3107
Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud münasibətlər və gələcək perspektivlər müzakirə edilib, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycanın enerji resurslarının Ukrayna ərazisindən keçməklə Avropa İttifaqı ölkələrinə nəqli məsələsinə xüsusi diqqət yetiriblər o cümlədən, energetika, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi məsələsinə toxunublar.

P.Poroşenko həmçinin Azərbaycanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində Ukrayna şirkətlərinin potensialından fəal şəkildə istifadə olunmasını təklif edib.

Görüş zamanı P.Poroşenko və A.Rasi-zadə beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın və Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birini qətiyyətli və birmənalı dəstəklədiklərini təsdiqləyiblər. Daha sonra Ukrayna prezidenti Petro Poroşenko Bakı buxtasına baxıb.

Eyni zamanda Artur Rasizadə və Ukraynanın prezidenti Pyotr Poroşenko birgə işçi nahar ediblər. Səmimi söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.









İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti