Qara Qarayev prospekti açıldı

Qara Qarayev prospekti açıldı
  15 İyul 2016    Oxunub:2780
Təmir işləri ilə əlaqədar olaraq bir müddətdir ki, bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) ötən gün avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən prospektin Şirin Mirzəyev (Q.Qarayev metrosu) və Rüstəm Rüstəmov (Neftçilər metrosu) küçələri arasında yerləşən köməkçi yolda təmir işlərinə başlanılıb. Bu üzdən köməkçi yol qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti