200-dən az bal toplayanlar tələbə ola bilməyəcək

200-dən az bal toplayanlar tələbə ola bilməyəcək
  15 İyul 2016    Oxunub:1844
Məleykə Abbaszadə: “200-dən aşağı bal toplayanlar ali məktəbə qəbul ola bilməyəcək”
Qəbul imtahanlarında dövlət sifarişli yerlərin sayı 497 yer (4 faiz) artıb. Ötən il dövlət sifarişli yerlərin sayı 11714 olub. Bu il isə 12221 yer müəyyən edilib.

AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

M.Abbaszadə cari il üçün ayrı-ayrı qruplar üzrə dövlət sirafişli yerlərin sayını açıqlayıb: “Birinci qrupda dövlət sifarişli yerlərin sayı 300 yer (5.9%), ikinci qrupda 168 yer (9%), üçüncü qrupda 3 yer, dördüncü qrupda 62 yer (4.99%) artıb. Bu qərəmlər göstərir ki, dövlət sifarişli yerlərdə müsabiqə çətin olacaq. Ümumi vakant yerlərin sayı 41965-dir. Bu göstərici keçən ilki vakant yerlərin sayında 7.21 faiz çoxdur”.

DİM rəhbəri vurğulayıb ki, 200 bal toplamayan abituriyentlər ali məktəbə qəbulu ola bilməyəcək: “Lakin onlar orta ixtisas təhsili müəssisələrinə müraciət edə bilər. Əlbəttə, onlar “2” almayıblarsa, çünki tenikomlara qəbul buraxılış imtahanları nəticələri əsasında aparılır. 11 illik bazadan orta ixtisas təhsili müəssəisələrinə 6940 yer ayrılıb, bu ötən illə müqayisədə 807 yer(13%) artım deməkdir.Ötən il bu rəqəm 6133 yer ayrılıb. Ali və orta ixtisas təhsili müəssisələrinə 48905 yer ayrılıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti