Qrant yeyildi, indi bir-birini yeyirlər – FOTOLAR

  22 İyul 2016    Oxunub : 39705
Qrant yeyildi, indi bir-birini yeyirlər – FOTOLAR
Dünənə qədər Qərbin ayırdığı qrantların hesabına bir yerdə Azərbaycan dövlətinə qarşı `mübarizə` aparanlar indi elə həmin pulları bölüşdürmək üçün bir-biri ilə didişirlər.

Mübarizənin görünən tərəfi Xədicə İsmayıl ilə hazırda İsveçrədə olan RATİ-nin (Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu) rəhbəri Emin Hüseynov arasında gedir. Çəkişmənin mahiyyəti (maliyyəti də demək olar) budur ki, Xədicə həbsdə olarkən ayrılan qrantlardan – üç layihə üzrə 127 min dollardan,- onun anasına da pay çatmalı imiş. Amma həmin pulları arada vasitəçi olan Emin Hüseynov mənimsəyib. Buna görə də, Xədicə İsmayıl həbsdən çıxandan sonra Eminə acıq edib və onunla bütün əlaqələri kəsib.

“...Bu gün maraqlı bir hadisə baş verdi: Xədicə İsmayılovanın telefonuna zəng vurdum. Səsimi eşidən kimi kinli-kinli mənə dedi ki, “səninlə danışmaq istəmirəm” və telefonun dəstəyini atdı. Mənə bu çox qəribə gəldi. Yenidən yığdım dedim, nə məsələdir? Cavabı isə belə oldu: Sən mənim və digər adamların adları ilə pul qazanmaq istəyirsən”?- deyə Emin yazıb.



“...Əgər sənin vicdanın təmizdirsə, onda zəhmət çək, barəmdə telefonda səsləndirdiyin fikrə ictimaiyyət qarşısında aydınlıq gətir, ya da məndən üzr istə”,- sonda Emin Xədicədən tələb edir.

Amma belə məlum olur ki, təkcə “küsməklə” məsələ bitməyib. Xədicə İsmayıl “yeyilmiş” qrantlarının intiqamını almaq üçün aktiv şəkildə Qərbdəki donorlara Emin Hüseynovdan şikayətlər etməyə, donos göndrməyə başlayıb. Bu isə Emini “müdafiə” olunmağa vadar edib. Nəticədə o, Xədicə İsmayılı həbsdən çıxandan sonra mövqeyini dəyişməkdə ittiham edən böyük bir status yazıb. Bununla da “evin zibili çölə dağılıb”.



Maraqlıdır ki, Emin Hüseynovun statusa şərhlər yazan keçmiş “qrant dostları”nın əksəriyyəti onu qınayaraq, bu müzakirəni açıq aparmağın doğru olmadığını bildiriblər. Rəşid Hacılı hətta tıəklif edib ki, müzakirələr qapalı qrupa keçirilsin.



Amma Emin Hüseynov əksinə, məsələnin daha da geniş yayılmasında maraqlı olduğunu ortaya qoyub. O, hətta Xədicə ilə gərgin münasibətdə olan müsavatçıları və “Yeni Müsavat”ın əməkdaşlarını statusunda “tag” edib ki, məsələ mümkün qədər tez mediaya yol tapsın. Belə də olub.

Bu vəziyyət Qərbin qrantları ilə dolananların çoxunu narahat edib – Emin Hüseynovun statusunun altında onların bir qisminin şərhlərini görmək olar (Arzu Qeybulla, Anar Məmmədli, Rəşid Hacılı, Adnan Hacızadə, Zöhrab İsmayıl və s.). Nəticədə, mübahisələrdə iki böyük qrant qruplaşmasının arasındakı mübarizənin konturlarını sezmək olur.

Qrant uğrunda açıq və rəzil bir davanın getdiyini Emin Hüseynovun özü də etiraf edir. O, yazır: “Özümə dost və dəyərli həmkar bildiyim bəzi tanınmış jurnalist hüquq müdafiəçisi və icitimai xadim sayıla biləcək şəxslər aralarında çox murdar dialoq aparıdılar. Onlardan biri o birisinə deyir: “Artıq RATİ də bağlndı, Emini də tutdular, bizim üçün meydan boşaldı, artıq bütün insan haqları məsələlərinə biz baxacağıq bundan sonra”.



Bu gün ayrılan qrantların əksəriyyəti Meydan TV-yə getdiyi üçün digər “dissident”lərin “bazarı ölüb”. Onların başında isə Emin Hüseynov gəlir – ötən ilə qədər ölkədə ən çox qrant alanlardan biri o idi. Yada salaq ki, Emin Hüseynov vətəndaşlıqdan çıxarılmazdan və ölkəni tərk etməzdən öncə aldığı qrantlara görə 150 min dollar vergi borcunu ödəmişdi. Əgər təkcə vergisi 150 min dollardırsa, onların həcminin nə qədər olduğunu təsəvvür etmək çətin deyil. İndi isə əks düşərgənin – Meydan TV-nin əməkdaşları ona bu faktı xatırladırlar.





Daha sonra İzolda Ağayeva Emin Hüseynovun qrantları mənimsəməyinə işarə edərək yazır: “Mənim üçün hakimiyyətdə olub, korrupsiya ilə məşğul olanlarla, muxalifətdə olub, korrupsiya ilə məşğul olanların arasinda incə bir fərq var: Birincilər daha ləyaqətlidirlər”.

Cavabında isə Emin Hüseynov Meudan TV-nin əməkdaşını təhqir edib: “Sən bu boşboğaz korrupsiya şərinlə jurnalist yox, zurnalist olduğunu hamıya göstərdin. Sənin yerin media yox, yaşıl bazarda camaata saxta tərəzi ilə dana əti əvəzinə eşşək əti sırımaqdır”.

Meydan TV” və “Azadlığ”ın müzakirəyə qoşulan əməkdaşları Emin Hüseynova xatırladıblar ki, vaxtilə qardaşı Mehman Hüseynov Xədicənin evində gizlənirdi. Əslində bu, sadəcə onu göstərir ki, həmin düşərgədə - özünü “hüquq müdafiəçisi”, “dissident” kimi göstərənlərin arasında müqəddəs heç nə yoxdur. Orada elementar pul uğrunda mübarizə gedir. Və bu mübarizədə onlar bir-birlərini yeyib-bitirməyə də hazırdırlar. Necə ki, dünənə qədər Emin və Xədicə bir-birini az qala qəhrəman kimi qələmə verirdilər, indi isə palçığın içinə batırıblar. Yəqin, qrant uğrunda mübarizə dərinləşdikcə hələ daha çox təhqir və özünüifşaların şahidi olacağıq.

AzVision.az

Teqlər: