İrəvanda atışma: İki qiyamçı güllələndi

İrəvanda atışma: İki qiyamçı güllələndi
  26 İyul 2016    Oxunub:2760
Bu gün gecə saatlarında İrəvanda qiyamçıların ələ keçirdiyi polis idarəsinin yaxınlığında silahlı insident yaşanıb. Təxminən 02:00 radələrində polislərin açdığı atəş nəticəsində İrəvanda polis bölməsini tutan silahlı qrupunun iki üzvü Aşot Petrosyan və Ovanes Arutyunyan ayaq nahiyyəsindən yaralanıb.

AzVision.az xəbər verir ki, bu barədə qiyamçıları dəstəkləyən “Təsisedici parlament” təşkilatının yaydığı məlumatda bildirilib.

Məlumata əsasən yaralanan şəxslər xəstəxanaya çatdırılıb. Bildirib ki, Artur Sarksiyan adlı şəxs öz avtomobilinə ərzaq məhsullu yığaraq polis mühasirəsini yarıb və qiyamçıların olduğu binaya yaxınlaşa bilib.

Polislər Arturun maşınını atəşə tutsalar da, o ərzağı qiyamçılara çatdıra bilib. Təşkilat hadisə nəticəsində Arturun yaralanmadığını bəyan edib.

“Təsisedici parlament” xalqı hakimiyyətə qarşı birliyə səsləyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti