Fətullah Gülənin sərvəti əlindən alınır

  26 İyul 2016    Oxunub : 4378
Fətullah Gülənin sərvəti əlindən alınır
Türkiyədə “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) şantaj və digər yollarla əldə etdiyi sərvət dövlətin hesabına keçəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyənin maliyyə naziri Naci Ağbal bildirib.

O, qeyd edib ki, FETÖ-nün şantajla əldə etdiyi mal varlığının siyahısı hazırlanıb: “Millətdən təhdid, şantaj və hizmət adı altında aldıqları dövlətə qaytarılır. Binalar, məktəblər, dərnəklər, banklardakı hesablar, avtomobillər və dgərləri aktlaşdırılıb”.

Nazir bildirib ki, avqust ayının ortalarına qədər ictimai qurumlar və təşkilatlarda çalışan bütün FETÖ üzvləri təsbit edilərək, tutduqları vəzifələrdən azad ediləcək.

Kənan Məmmədov
AzVision.az

Teqlər: