Nazir müavini Abbas Bağırova cavab verdi

  26 İyul 2016    Oxunub : 2616
Nazir müavini Abbas Bağırova cavab verdi
“Azərbaycanda bu günə olan məlumata əsasən 6347 şou-biznes nümayəndəsi vergi ödəyicisi kimi qeydiyyatdan keçib”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərlə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini bildirib ki, həmin şou-biznes nümayəndələri əvvəllər ildə 46-50 min manat həcmində vergi ödəyib.

S.Ələkbərov qeyd edib ki, bu gün müğənnilərdən biri nazirliklə bağlı böhtan xarakterli açıqlama verib.

“Amma bizdə faktlar var. Həmin şəxs 2004-2006-cı illərdə 0 manat, 2007-ci ildə 1 829 manat, 2008-ci ildə 2 979,5 manat, 2009-cu ildə 351,4 manat, 2010-2014-cü illərdə 0 manat və 2015-ci ildə 700 manat, bu il isə bir qədər sıxdıqdan sonra 2 098 manat vergi ödəyib”.

Qeyd edək ki, tanınmış müğənni Abbas Bağırov bu gün sosial şəbəkədə vergi işçisinin toyuna getmədiyi üçün ona 30 min manat dəyərində vergi borcu yazıldığını iddia etmişdi.

AzVision.az

Teqlər: