İşə düzəlmək istəyənlərə xəbərdarlıq

İşə düzəlmək istəyənlərə xəbərdarlıq
  27 İyul 2016    Oxunub:2610
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” quruma işə düzəlməklə bağlı dərc edilən elanlara münasibət bildirib.
AzVision.az xəbər verir ki, qurumun yaydığı bəyanatda deyilir:

“Son illər ərzində dünyada mövcud olan ən son təcrübə və biliklərin Azərbaycan cəmiyyətinin bütün təbəqələri, həmçinin iqtisadi münasibətlərə nüfuz edilməsinin şahidi oluruq. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) bu baxımdan ümumrespublika proseslərindən kənarda qalmayaraq, müasirlik, şəffaflıq və nümunəvilik fəaliyyət prinsiplərinə uyğun olaraq əməkdaşlıq qurub.

Digər sahələrlə yanaşı, Bakı Limanının diqqət ayırdığı istiqamətlərdən biri də, işə qəbul prosesinin Azərbaycan Respublikasının əmək qanunvericiliyi, daxili normativ qaydalar, dünyada mövcud olan ən son təcrübəyə əsaslanaraq şəffaf və müsabiqə yolu ilə hayata keçirilməsidir.

Bakı Limanında mövcud olan vakansiyalar barədə elanlar İnsan Resursları departamenti tərəfindən Bakı Limanının rəsmi veb səhifəsində (www.portofbaku.com) mütəmadi olaraq yerləşdirilir. İşə qəbul zamanı namizədlərdən hər hansı bir mərhələdən keçmək üçün rəsmi sənədlərin əsli, ödəniş və ya bank hesab rekvizitləri tələb olunmur.

Son günlər ərzində ayrı-ayrı vətəndaşlar Bakı Limanına müraciət edərək bildiriblər ki, fərqli pulsuz elanlar platformalarında bizim təşkilatda işə düzəlməklə bağlı elanlara rast gəliblər. Xüsusi olaraq qeyd edirik ki, bu və buna bənzər məlumatların Bakı Limanına heç bir aidiyyatı yoxdur və onlara etibar etməməyinizi tövsiyyə edirik.

AzVision.az


Teqlər:  





Xəbər lenti