`İmişlidəki zəlzələ orta güclü sayılır`- Qurban Yetirmişli

`İmişlidəki zəlzələ orta güclü sayılır`- Qurban Yetirmişli
  01 Avqust 2016    Oxunub:8435
“İmişli rayonunda baş verən zəlzələ Qəbələ, Şəki, Mingəçevir, Yevlax və s. rayonlarda hiss olunub. Zəlzələ 26 kilometr dərinlikdə olub”.
Bunu AzVision.az–a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Mərkəzin baş direktoru bildirib ki, zəlzələ səthi olsaydı dağıntılar əmələ gətirərdi:

“Zəlzələ dərində olanda onun hiss olunma əhatəsi böyük olsa da, fəsadları olmur. Səthi olanda isə lokal sahələrdə dağıntılar əmələ gətirir. Hazırda seysmoloji vəziyyətə gəlincə, o zonada elə də bir aktivlik yox idi. Ölkəmizdə Böyük Qafqazın cənub-şərqi, şimal hissəsi və Xəzər dənizi daha aktiv zona sayılır. Zəlzələ baş verən zonada aktivlik müşahidə olumurdu. Oradakı zəlzələ ocaqlarında uzun zaman idiki enerji boşalması baş verməmişdi”.

Q.Yetirmişli qeyd edib ki, bu güclü zəlzələ sayılmır. O, vurğulayıb ki, baş verən zəlzələ orta güclü sayılır.

Qeyd edək ki, bu gün səhər yerli vaxtla saat 08:46:36-da İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5.6 olub. 26 kilometr dərinlikdə baş verən zəlzələ yaxın ərazilərdə 4 bala kimi hiss olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti