6 ayda 148 məhkum əfv edilib

6 ayda 148 məhkum əfv edilib
  01 Avqust 2016    Oxunub:1718
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş 20 may 2016-cı il tarixli Amnistiya qərarı Penitensiar xidmət (PX) üzrə 2800-ə yaxın məhkuma tətbiq edilib.

AzVision.az-ın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov PX-da 2016-cı ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirədə bildirib.

O qeyd edib ki, 2500-dən artıq məhkum cəzadan azad olunub və hazırda qərarın icrası davam etdirilir.:

`Hesabat dövrü ərzində dövlət başçısı tərəfindən 17 mart 2016-cı il tarixdə imzalanmış 148 məhkumun əfv edilməsi ilə bağlı sərəncam vaxtında və dürüst icra edilib. Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı 6 may 2016-cı il tarixli qanunun icrası davam etdirilir. Qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən edilib, penitensiar müəssisələrdə cəza çəkən 277 məhkum barədə sənədlər məhkəmələrə təqdim olunub`.

AzVision.az


Teqlər:  





Xəbər lenti