Şamaxı və Xəzərdə zəlzələ olacaq

Şamaxı və Xəzərdə zəlzələ olacaq
  02 Avqust 2016    Oxunub:3434
“Şamaxı və Xəzər dənizində zəlzələ gözlənilir”.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bugünkü mətbuat konfransında çıxışı zamanı deyib.

Direktorun sözlərinə görə, hazırda seysmik stansiyalarda müşahidə olunan gərginliyə əsasən deyə bilərik ki, Şamaxı və Xəzər dənizində zəlzələ gözlənilir:

“Lakin nə vaxt olacaq? Bunu demək mümkün deyil. 2012-ci ildə Zaqatalada baş verən zəlzələdən əvvəl ərazidə gərginlik müşahidə edirdik. Lakin konkret gün və saat demək mümkün deyil”.

Direktor bu ilin 7 ayı ərzində respublika ərazisində qeydə alınan zəlzələlər barədə də məlumat verib. Bildirib ki, bu il avqustun 1-dək respublika ərazisində 4849 təkan olub: “Təkcə Azərbaycan ətrafında 2300-dən artıq zəlzələ baş verib. Bu vaxta qədər maqnitudu 3 və ondan yüksək olan 57 zəlzələ qeydə alınıb. İlin əvvəlindən 10 hiss olunan zəlzələ baş verib”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti