Evlənmək istəyən 108 nəfərdə QİÇS aşkarlandı

Evlənmək istəyən 108 nəfərdə QİÇS aşkarlandı
  02 Avqust 2016    Oxunub:2727
“İyul ayında nikaha daxil olmaq istəyən 536 nəfərdə talassemiya daşıyıcılığı, 96 nəfərdə sifilis, 11 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb”.
Bunu AzVision.az-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktor qeyd edib ki, ötən ay nikaha daxil olmaq istəyən 16 min 379 nəfər tibbi müayinədən keçib:

“6 cütlükdə isə talassemiya daşıyıcılığı aşkarlanıb. Ümumilikdə nikaha daxil olanların tibbi müayinəsi başlanılan müddətdən bu vaxtadək 169 min 38 nəfər müayinədən keçib. Onlardan 8 min 39 nəfərdə talassemiya daşıyıcılığı, 603 nəfərdə siflis, 108 nəfərdə isə QİÇS aşkarlanıb. 64 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti