Fəhlə mərcə girdi, qəbul imtahanında 532 bal topladı
Hadisənin ən maraqlı tərəfi budur ki, İbrahim hazırda "Sədərək” bazarında fəhlə işləyir. Qeyd edək ki, bu gənc 10 il bundan öncə ilk təhsilini alıbmış. Həmin vaxt o, 554 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. 4 il həmin ixtisas üzrə müvəffəqiyyətlə təhsil aldıqdan sonra bankda çalışıb. Amma maddi sıxıntıları, kredit borcu olduğu üçün işdən uzaqlaşdırılıb. Acınacaqlı vəziyyətə düşən İbrahim bir müddət işsiz qalıb. Amma sonradan fəhlə işləmək qərarına gəlib. O, əslən Qubadlı rayonundandır, 1993-cü ildən Sumqayıtda yararsız şəraitdə olan köhnə mehmanxanada məskunlaşıblar.
İbrahimin sözlərinə görə, gələn imtahanlarda daha böyük məbləğdən mərcə girərək maksimum – 700 bal toplamaq niyyətindədir. (Xeberle.com)
AzVision.az