"Fənərbaxça" Çempionlar Liqası ilə vidalaşdı

"Fənərbaxça" Çempionlar Liqası ilə vidalaşdı
  04 Avqust 2016    Oxunub:1662
Bu gecə keçirilən 10 oyunla Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
AzVision.az xəbər verir ki, Türkiyənin Çempionlar Liqasındakı təmsilçilərindən biri olan "Fənərbağça" Avropanın ən nüfuzlu klub turnirində mübarizəni dayandırmaları olub.

Belə ki, "Fənərbağça" ev oyununda 2:1 hesabı ilə məğlub etdiyi "Monako"ya səfərdə 1:3 hesabı ilə məğlub olub. Bununla da "Fənərbağça" Çempionlar Liqasındakı mübarizəsini dayandırıb.

Qeyd edək ki, ötən gün keçirilən oyunlarda "Monako" (Fransa), "Yanq Boyz" (İsveçrə), "Kopenhagen" (Danimarka), "Styaua" (Rumıniya), "Hapoel" (Beer Şeva, İsrail), "Ayaks" (Hollandiya), "Zalsburq" (Avstriya), "Rostov" (Rusiya), "Seltik" (Şotlandiya) və "Legiya" (Polşa) Çempionlar Liqasında "play-off"a yüksəlib.

Qeyd edək ki, məğlub komandalar, o cümlədən, "Viktoriya" səddini keçə bilməyən "Qarabağ" mübarizəni Avropa Liqasının "play-off" mərhələsində davam etdirəcək.

Anar Kəlbiyev
AzVision.az




Teqlər:





Xəbər lenti