Putin artıq Azərbaycandadır

Putin artıq Azərbaycandadır
  08 Avqust 2016    Oxunub:5846
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycan Respublikasına səfərə gəlib.

AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.az


Teqlər:  





Xəbər lenti