`TQDK-nın proqnozu real nəticələrlə üst-üstə düşür` - Məleykə Abbaszadə

`TQDK-nın proqnozu real nəticələrlə üst-üstə düşür` - Məleykə Abbaszadə
  11 Avqust 2016    Oxunub:1605
Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın bütün qəbul imtahanlarından əvvəl abituriyentlərin nəticələrinə dair təqdim etdiyi proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu, TQDK-nın apardığı statistik təhlilin elmi əsaslara söykənməsi ilə bağlıdır.

M.Abbaszadə eksternat qaydasında keçirilən buraxılış imtahanları barədə də danışaraq bildirib ki, qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayı ildən ilə çoxalır: “Bu istiqamətdə problemin aradan qaldırılması üçün iclas iştirakçıları arasında fikir mübadiləsi aparılıb”.

AzVision.az


Teqlər:





Xəbər lenti