İlhamə Quliyevanın mirası ilə bağlı yeni qalmaqal

  16 Avqust 2016    Oxunub : 2913
İlhamə Quliyevanın mirası ilə bağlı yeni qalmaqal
Mərhum xalq artisti İlhamə Quliyevanın miras qalmaqalı yenidən gündəmə gəlib. İ.Quliyevanın yaxın qohumu müğənni Əli Mirəliyev mətbuata açıqlamasında miras qalmaqalında son qoyulduğunu deyib.
Onun sözlərinə görə, mərhum sənətçinin hüquqi varisləri bacıları İradə və Gülbahardır. Məhkəmə sərvətin bölüşdürülməsi ilə bağlı onların xeyrinə qərar çıxarıb.

İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov AzVision.az -a açıqlamasında Əli Mirəliyevin dediklərini təkzib edib.

“Əli Mirəliyev yalan danışır. Məhkəmə mirasla bağlı qərar qəbul etməyib. Əgər məhkəmə qərar veribsə, qərarın sürətini çıxarıb göstərsinlər. Əli Mirəliyevin nə məhkəmədən, nə də hansısa sərvətddən xəbəri var. Onun dedikləri ağ yalandır. Şayiə yaymaq ictimaiyyət arasında psixoloji təzyiq göstərmək metodur. Əli Mirəliyevə bir daha xəbərdarlıq edirəm ki, yaşına-başına hörmət etsin. Ayıbdır, yalan danışmaq kişiyə yaraşmaz”.

O.Nadirov mirasla bağlı məhkəmənin nə zaman keçiriləcəyindən məlumatsız olduğunu deyib: “Məhkəmənin nə zamana kimi davam edəcəyini bilmirəm. Hələ ki, araşdırma aparılır. Araşdırmaya əsasən sonda qərar qəbul ediləcək. Əgər mirasa onlar layiqdirlərsə, mən kənara çəkiləcəyəm. İnanıram ki, ədalətli qərar veriləcək”.

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva vəfat edəndən sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı yaranıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: