Şəkidə uçan körpü bərpa olunacaq – Sərəncam

Şəkidə uçan körpü bərpa olunacaq – Sərəncam
  17 Avqust 2016    Oxunub:2051
Prezident İlham Əliyev avqustun 17-də “Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılıb.

Qeyd edək ki, cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti