`Prezident hər birimizə tapşırıb ki...` - PA rəsmisi

`Prezident hər birimizə tapşırıb ki...` - PA rəsmisi
  18 Avqust 2016    Oxunub:3284
“Referendum seçkiləri zamanı seçicinin hüququ heç bir halda pozulmamalıdır. Ümumiyyətlə, seçkilər zamanı qanun pozuntusu yol verilməzdir”.
AzVision.az-ın məlmatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.

Z.Nağdəliyev bildirib ki, 10 il əvvəllə müayisədə Azərbaycanda seçki proseslərinin təşkili çox yüksək, müqayisə edilməyəcək səviyyədədir: “Dairə seçki komissiyalarının sədrləri, məntəqə seçki komissiyalarının sədrləri yüksək vəziyyədə yetişib. Heç kim Azərbaycanda keçirilən seçkilərə, ümumxalq səsverməsinə, referenduma irad tuta bilmir”.

PA rəhbərinin müavini deyib ki, qarışdan gələn referendum yüksək səviyyədə keçiriləcək: “Seçki Məcəlləsinin heç bir müddəası pozulmamalıdır. Seçki məntəqəsində belə hala yol verilməməlidir. Maraqlı tərəflərin təxribatları, niyyətləri ola bilər, biz bunların qarşısını almalıyıq”.

Z.Nağdəliyev qeyd edib ki, seçkilərdə partiyalar, namizədlər tərəfindən təbliğatlar aparılırsa, referendumda hər bir seçici Konstitusiyaya dəyşikliyin mahiyyəti barədə məlumatlandırılmalıdır: “Azərbaycanda prezident İlham Əliyevin yüksək nüfuzu var. Belə ab-havaya söykənərək Konstitsiyaya dəyişiklik təklif edilib. Bizim hər birimizin borcu odur ki, fəaliyyətimizlə bu ab-havaya kömək edək, xələl yetirməyək. Prezident hər birimizə tapşırıb ki, seçkilər qanunun hər bir müddəasına riayət edilməklə keçirilməlidir. Əsas məsələlərdən biri də seçki komissiyalarının şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə hər şey yüksək səvviyyədədir. Bu gün artıq seçicilər üçün daha yaxşı şəraitin yaradılması, səsvermə otaqlarının daha da genişləndirilməsinə diqqət yetirməliyik”.

PA rəsmis qeyd edib ki, seçici siyahılarının son günə qədər dəqiqləşdirilməsi prosesi gedəcək: “Hazırda qarşımızda dayanan məsələlərdən biri odur ki, sentyabrın 3-dən başlayacaq təşviqat kampaniyası ilə bağlı açıq və qapalı yerlər müəyyən edək. Artıq təşviqat kampaniyası üçün 128 açıq və qapalı yer müəyyən edilib, mətbuatda dərc ediləcək. Şəffaflıqla əlaqədar seçki məntələrində 1000 veb-kamera quraşdırılıb, seçki məntəqələrinin 20 faizi veb-kameralarla təmin edilib. İnternet üzərindən veb-kameralarla seçki prosesini izləmək, hətta səslərin sayılmasına baxma olar. Veb-kameralar bütün şübhələri ortadan qaldırdı. Gürcüstanda cəmi 25 veb-kamera quraşdırılmışdı. Hətta bizə əvvəllər 500 veb-kamera quraşdırdığımız üçün irad tuturdular ki, niyə veb-kameralar quraşdırmısınız. Gürcüstanda cəmi 25 veb-kamera quraşdırılmışdı. Bizə irad o idi ki, veb-kameralar seçicilərə təzyiq yaradır. Ancaq biz seçkilərin şəffaflığı üçün bu addımı atdıq, veb-kameraların sayını 1000 ədədə çatdırdıq. Səslərin sayılması prosesi daha qısa vaxtda, tez sürətli təşkil edilməlidir. Bu sahədə təkmilləşmələr üçün veb-kameralardakı görüntülərin təşkili vaciibdir.

Referenduma çıxarılan məsələlər Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi ilə əlaqədardır. Eyni zamanda daha çevik idarəetmənin təmin edilməsi üçün təşəbbüslər irəli sürülüb. Artıq seçici nə baş verdiyini görür, oxuyur. Əsas odur ki, seçicinin hüquqlarının həyata keçirilməsində hər hansı maneə olmasın. Bizim işimiz təşkil etməkdir. Əminəm ki, bu referendum əvvəlkilərdən daha yüksək vəiyyədə keçiriləcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti