`Heç vaxt arxayınlaşmaq olmaz` - Məzahir Pənahov

`Heç vaxt arxayınlaşmaq olmaz` - Məzahir Pənahov
  20 Avqust 2016    Oxunub:2216
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov 2016-cı il sentyabrın 26-a təyin edilən referendumla bağlı bir sıra tapşırıq və tövsiyyələr verib.
AzVision.az-ın məlumatına görə, Azərbaycanda bundan əvvəlki seçkilərin yüksək səviyyədə baş tutduğunu vurğulayan M.Pənahov bildirib ki, heç vaxt arxayınlaşmaq olmaz: “İnsan fəaliyətinin bütün sahələrində problemlər o zaman yaranır ki, arxayınlıq olur və işə laqeyd yanaşılır”.

M.Pənahov vurğulayıb ki, referendum tarixi əhəmiyyət kəsb edən bir prosesdir və bu məsələyə ciddi yanaşılmalıdır: “Burada seçki komissyalarının rəhbərlərinin və üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Heç kimin referenduma qeyri-ciddi və ya laqeyid yanaşmağa mənəvi haqqı yoxdur”.

M.Pənahov referendumun keçirilməsi ilə bağlı bütün tədbirlərin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, həm seçki komissiyalarının üzvlərinə seminarlar keçirilir, həm də yerlərdə maarifləndirmə işləri aparılır.

M.Pənahov referendumun yüksək səviyyədə baş tutması üçün bütün şəraitin yaradıldığını və lazım olan işlərin görüldüyünü vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti