Qəbələ ASAN vətəndaşların xidmətində - FOTOLAR

Qəbələ ASAN vətəndaşların xidmətində - FOTOLAR
  23 Avqust 2016    Oxunub:8693
Qəbələ “ASAN xidmət” mərkəzi Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində qeydiyyatda olan və ümumi sayı 900 000-dən çox vətəndaşa xidmət göstərir.
AzVision.az xəbər verir ki, Qəbələ “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı 32 növ xidmət göstərir. Mərkəzdə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və İqtisadiyyat Nazirliyi xidmətlərini vətəndaşlara təqdim edir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, bank xidmətləri, sığorta xidmətləri, hüquqi yardım xidmətləri, tərcümə xidmətləri və s. təşkil edilib.



Vətəndaşlar “ASAN xidmət” mərkəzinə gəlmədən mərkəzin göstərdiyi xidmətlərlə bağlı ətraflı məlumatı həm “ASAN xidmət”in rəsmi internet səhifəsindən, həm də “108” çağrı mərkəzinə zəng etməklə əldə edə bilərlər.



Çağrı mərkəzinə stasionar telefonlarla edilən zənglər ödənişsizdir. Vətəndaşlar həftə içi 10:00-dan 19:00, şənbə günü 10:00-dan 14:00-dək “108” çağrı mərkəzinə zəng edərək canlı rejimdə ünvanladıqları suallara cavab tapa bilərlər.



Qeyd edək ki, hazırda Azərbaycanda 10 “ASAN xidmət” mərkəzi var. Onlardan 5-i paytaxtda yerləşir. Bu il ərzində Masallıda “ASAN xidmət” mərkəzi açılacaq. Daha sonra Şəkidə və Qubada mərkəzlərin açılması nəzərdə tutulub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti