Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Peşə bayramı münasibətilə təşkil edilən mərasimdə çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edək ki, Prezident İlham Əliyev 2008-ci il avqustun 23-nü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. Əsas vəzifələri Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçib.
Dövlətimizin başçısı xidmətin fəaliyyətini təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Prezident İlham Əliyev peşə bayramı münasibətilə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbçi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AzVision.az