Kim Çen In iki məmuru raketlə edam etdi

Kim Çen In iki məmuru raketlə edam etdi
  30 Avqust 2016    Oxunub:44891
Şimali Koreya lideri Kim Çen In iki yüksək vəzifəli məmuru edam etdirib.
AzVision.az-ın məlumatına görə, bu barədə Cənubi Koreyanın “Çunan İlbo” qəzeti məlumat yayıb.

Nəşr mənbəyə istinadən xəbər verir ki, sabiq kənd təsərrüfatı naziri Xvan Min və Təhsil Nazirliyində yüksək vəzifə tutan Ri Yen Çjen zenit qurğusundan açılan atəş nəticəsində edam edilib.

“Edam Kim Çen Inın şəxsi göstərişi ilə Pxenyan Hərbi Akademiyasının həyətində həyata keçirilib”.

Nəşr yazır ki, Xvan Minin edam olunmasına səbəb onun Kim Çen Inın yürütdüyü siyasətə narazılığını bildirməsi olub. Diktator bunu özünə qarşı çağırış kimi qiymətləndirib.

Digər şəxsin isə Kim Çen Inın çıxışı zamanı yatdığına görə edam olunduğu bildirilir.

“O, dərhal həbs olunub və intensiv şəkildə sorğu-sual edilib, bundan sonra korrupsiyada ittiham edilib”, - deyə “Çunan İlbo” yazır.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti