Daha 6 avtobus kart sisteminə keçir

Daha 6 avtobus kart sisteminə keçir
  31 Avqust 2016    Oxunub:3374
Sentyabr ayının 1-dən Bakıda 6 marşrut xətti ilə hərəkət edən avtobuslarda gediş haqqının nağdsız ödənişi tətbiq ediləcək.
"Xaliq Faiqoğlu" şirkətindən AzVision.az-a verilən məlumata görə, kart sistemi 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrutlar üzrə hərəkət edən avtobusları əhatə edəcək.

Qeyd olunub ki, avtobuslarda nağdsız ödəniş üçün cihazların quraşdırılması prosesi yekunlaşıb və avtobuslarda müşahidə kameraları quraşdırılıb.

Xatırladaq ki, adıçəkilən 6 marşrut "Xaliq Faiqoğlu" şirkəti tərəfindən istismar olunur. Bu avtobuslarda da gediş haqqı metroda və "BakuBus" MMC-nin avtobuslarında hazırda istifadə olunan kartlar vasitəsilə ödəniləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti