Azərbaycan 3 olimpiya lisenziyasından imtina edib

Azərbaycan 3 olimpiya lisenziyasından imtina edib
  31 Avqust 2016    Oxunub:2312
Azərbaycan Rusiya yığmasının 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına buraxılmaması ilə əlaqədar verilən əlavə 3 lisenziyadan imtina edib.
Bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. Azərbaycanın bu lisenziyaları qazanmadığını bildirən A.Rəhimov: "Vəsiqələri əldə etməyən idmançı necə o yarışa gedə bilər?" deyib.

Digər tərəfdən, məhkəmənin qərarının olmadığını xatırladan nazir "Əlilləri uzun illər hazırlaşdıqları yarışa buraxmamaq ən azı, Allaha xoş getməz" söyləyib.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7 - 18 sentyabrda keçiriləcək. Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan idmançılarından cüdoçu Afaq Sultanova və Ramin Əliyevə, eləcə də atlet Hüseyn Hüseynova Oyunlarda iştirak hüququ verib. Sultanova 2012-ci il London Yay Paralimpiya Oyunlarının qalibidir. "Rio -2016"da Azərbaycanın 27 paralimpiyaçısı 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb. (Report.az)

AzVision.az


Teqlər:





Xəbər lenti