Qafqaz Universitetinə yeni rektor təyin olunub

Qafqaz Universitetinə yeni rektor təyin olunub
  01 Sentyabr 2016    Oxunub:12860
Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib.

H. Məmmədov bildirib ki, o, bu gün Qafqaz Universitetinin kollektivinə təqdim edilib

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib.

Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti