Qəbələdə sel fəsadlar törədib - Video

Qəbələdə sel fəsadlar törədib - Video
  02 Sentyabr 2016    Oxunub:2595
Qəbələdə sel 1 avtomobili apardı, 53 nəfər təxliyyə edilib.
AzVision.az Region TV ( Kanal S ) istinadən xəbər verir ki, axşam saatlarından şimal-qərb bölgəsində yağan yağış ciddi fəsadlar törədib. Dağlara düşən leysan nəticəsində Qəbələ rayonunun ərazisindən keçən Dəmiraparan şayı daşıb.

Nəticədə bəndklərdə sızma əmələ gəlib. Sel suları şəhərin mərkəzi küçələrini keçilməz edib. FHN-nin Şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Laza kəndində köməksiz vəziyyətdə qalmış 53 nəfər təxliyə edilib.

VAZ 21 015 markalı bir avtomobili sel suları aparıb. FHN-in xilasediciləri avtomobil xilas edib. Fərdi təsərrüfatlara ziyan dəyib. Dağıntı və tələfat haqda hələlik məlumat yoxdur.

Həmçinin Axşam saatlarında İsmayıllı rayonuna da güclü leysan və dolu düşüb.Yağıntı, əsasən ucqar dağlıq ərazilərdə yerləşən Qalacıq, Sumaxallı, İstisu, Çayqovuşan və Lahıc kəndlərini əhatə edib.Evlərin və tikililərin dam örtüyünə, eyni zamanda vətəndaşlara məxsus avtomobillərə ciddi ziyan dəyib.

Hazırda həmin kəndlərə gediş-gəliş məhdudlaşıb. Yollarda yarğanlar əmələ gəlib.



AzVision.az


Teqlər:  





Xəbər lenti