Kərimov sabah dəfn olunacaq - 3 gün matəmdir

Kərimov sabah dəfn olunacaq - 3 gün matəmdir
  03 Sentyabr 2016    Oxunub:2720
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Özbəkistan Prezidenti İslam Kərimov 79 yaşında vəfat edib.
Bu barədə Özbəkistan prezidentinin qızı Lola Kərimova “İnstagram” səhifəsində məlumat yayıb.

Nazirlər Kabinetinin və parlamentinin rəsmi məlumatına görə, dövlət başçısının dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə təşkil olunacaq.

Dövlət başçısının ölümü ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan edilib. Dəfn mərasiminin təşkili üzrə komissiyaya ölkənin baş naziri Şavkat Mirziyayev rəhbərlik edəcək.

Qeyd edək ki, Özbəkistan lideri avqustun 27-də insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti