Məktəbli forması üçün növbə var: Qiymətlər artacaqmı?

Məktəbli forması üçün növbə var: Qiymətlər artacaqmı?
  03 Sentyabr 2016    Oxunub:8617
Dərs ilinin başlanmasına sayılı günlər qalmış valideynlər övladlarına məktəbli forması alırlar. Bu isə növbələrə və insanlar arasında təlaşa səbəb olur.
Bakı Tiki Evinin şatış şöbəsinin müdiri Etibar Əzimov AzVision.az-a bildirib ki, son günlər onlara müraciət edənlərin sayı çoxalıb və nəticədə uzun növbələr yaranıb.

“Hamı işini son günlərə saxlayır. Buradakı vəziyyətini gəlib görəsiniz, növbə və insanların məktəbli formasını tez alıb getməsi üçün can-fəşanlığını müşahidə edəsiniz. Heç kim filiallara getmir. Valideynlər mərkəzi ofisə gəlir, elə bilirlər ki, burada fərqli material olur”.

E.Əzimovun sözlərinə görə, qiymət artımının olmasına baxmayaraq, keçən ilin eyni dövrü ilə müqayisədə satışlarda azalma olmayıb, təxminən eynidir.

“7 faiz qiymət artımı olub. Bu, elə də böyük fərq deyil. Biz eyni zamanda bu il Şəhid Ailələrinə İctimai Dəstək Birliyinə 20 dəst, Nəsimi Rayon İcra Hakimiyyətinə 100 dəst, Valideyn-Müəllim Assosasiyasına isə 60 dəst pulsuz forma vermişik. Əlimizdən gələni edirik. Bizim heç bir gəlirimiz yoxdur. Gərək qiyməti minimum 40 faiz qaldırardıq ki, qazanc əldə edək”.

E.Əzimov dərs ilinin sonuna qədər qiymətlərin dəyişməyəcəyini vurğulayıb.

Qeyd edək ki, manatın məzənnəsi dəyişmədən əvvəl 34 manata olan ibtidai sinif agirdləri üçün forma hazırda 37 manata, 43 manata olan yuxarı siniflər üçün forma hazırda 46 manata satılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti