Pekindən Londonadək nəqliyyat dəhlizi yaradılır

Pekindən Londonadək nəqliyyat dəhlizi yaradılır
  05 Sentyabr 2016    Oxunub:1512
Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək nəqliyyat dəhlizinin yaradılması üçün Aşqabad bəyannaməsini imzalayıblar.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, sənəd üç ölkənin nəqliyyat nazirlərinin birinci iclasında imzalanıb: "Türkmənistanda mühüm görüşlərimiz oldu. Biz, həmçinin Londondan Pekinə birbaşa və mütəmadi nəqliyyat dəhlizinin yaradılması üçün Türkiyə, Azərbaycan və Türkmənistanın nəqliyyat nazirlərinin birinci toplantısı zamanı bu sənədi rəsmiləşdirdik. Azərbaycan tərəfindən sənədi nəqliyyat nazirinin müavini Arif Əsgərov və Türkmənistanın Avtomobil Nəqliyyatı naziri Maksat Aydoqdıyev imzaladı".

AzVision.az


Teqlər:  





Xəbər lenti