Bakıda separatçının kitabları satılır? - Şok iddia

Bakıda separatçının kitabları satılır? - Şok iddia
  05 Sentyabr 2016    Oxunub:5909
Bakının mərkəzi kitab mağazalarından birində qondarma “Talış-Muğan Respublikasının” ideoloqlarından biri olan və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadənin dörd kitabı satışdadır.
AzVision.az xəbər verir ki, belə bir sensasion iddia ilə ekspert Araz Qurbanov çıxış edib. O, bu barədə şəxsi “Facebook” səhifəsində yazıb.



“Bu ünsürün kimliyi və hansı qabdan yal yeməsi talışlara da, azərbaycanlılara da yaxşı məlumdur. Kitabın redaktoru isə erməni xislətli, hazırda Rusiya vətəndaşı olan və Şuşa vasitəsi ilə Ermənistandan yayımlanan TMV (Tolişə milliyə vindəsədo) –«Talış Milli Televiziyasının» aparıcısı, əslən lənkəranlı olan Zabil Madojdur. Kitablar İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Qarnik Asatryanın vasitəsilə Belorusda və İranda yaradılan, fəaliyyətini Azərbaycana qarşı yönəldən «Talış Milli Akademiyasının» nəşrləridir. Kitablar nə Belarusda, nə Ermənistanda, nə də İranda deyil, Bakıda çap olunub”. Kitablardan biri ötən il Bakıda çap olunub.



Xatırladaq ki, Fəxrəddin Abbaszadə mütəmadi olaraq Ermənistan mətbuatında Azərbaycanın əleyhinə danışdırılır. Xaricdəki bəzi güc mərkəzləri Fəxrəddin Abbaszadə kimiləri vasitəsilə ölkəmizdə yeni etnik münaqişə ocaqları yaratmağa çalışırlar. Kitabların redaktoru Zabil Məhərrəmov isə (Madoj) “Talışıstan TV” vasitəsilə Azərbaycana qarşı təbliğat aparır.



AzVision.az




Teqlər:  





Xəbər lenti