Bakıda separatçının kitabları niyə satılır? - FOTOLAR

Bakıda separatçının kitabları niyə satılır? - FOTOLAR
  06 Sentyabr 2016    Oxunub:5151
Ötən gün xəbər verdiyimiz kimi, Bakının mərkəzi kitab mağazalarından birində qondarma “Talış-Muğan Respublikasının” ideoloqlarından biri olan və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadənin kitabları satışa çıxarılıb.
Bu barədə ilk məlumatı ekspert Araz Qurbanov verib. O, bu barədə şəxsi “Facebook” səhifəsində yazıb: “Bu ünsürün kimliyi və hansı qabdan yal yeməsi talışlara da, azərbaycanlılara da yaxşı məlumdur. Kitabın redaktoru isə erməni xislətli, hazırda Rusiya vətəndaşı olan və Şuşa vasitəsi ilə Ermənistandan yayımlanan TMV (Tolişə milliyə vindəsədo) –“Talış Milli Televiziyasının” aparıcısı, əslən lənkəranlı olan Zabil Madojdur. Kitablar İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Qarnik Asatryanın vasitəsilə Belorusda və İranda yaradılan, fəaliyyətini Azərbaycana qarşı yönəldən “Talış Milli Akademiyasının” nəşrləridir. Kitablar nə Belarusda, nə Ermənistanda, nə də İranda deyil, Bakıda çap olunub”. Kitablardan biri ötən il Bakıda çap olunub.

Məlumat üçün bildirək ki, Fəxrəddin Abbaszadə mütəmadi olaraq Ermənistan mətbuatında Azərbaycanın əleyhinə danışdırılır. Xaricdəki bəzi güc mərkəzləri Fəxrəddin Abbaszadə kimiləri vasitəsilə ölkəmizdə yeni etnik münaqişə ocaqları yaratmağa çalışırlar. Kitabların redaktoru Zabil Məhərrəmov isə (Madoj) “Talışıstan TV” vasitəsilə Azərbaycana qarşı təbliğat aparır.



AzVision.az məlumatı araşdıraraq Fəxrəddin Abbaszadənin kitablarının satıldığı mağazanı müəyyən edib.

Kitabxananın satıcısı Mehdi Əlyarov həmin kitabların müəllifi və redaktoru haqda məlumata malik olmadığını deyib: “Kitablar bir neçə nüsxədə, ingilis, rus və Azərbaycan dillərindən talış dilinə tərcümə variantlarında satılıb. Kitablardan ikisi satılıb, ikisi qalıb. Redaktoru və müəllifi haqqında heç bir məlumata malik deyiləm”.



Onun sözlərinə görə, F.Abbaszadənin ktablarını 4-5 ay bundan öncə İradə Məlikova adlı xanım onlara təqdim edib: “Biz bilmirdik ki, bu kitabın müəllifi Azərbaycan əleyhinə xidmətləri olan insandır. Bu haqda mətbuat vasitəsilə məlumat əldə etdik. Hazırda məsələ araşdırılır”.







Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti