Konstitusiyaya təklif edilən dəyişikliklər: 9-cu maddə (VİDEO)

Konstitusiyaya təklif edilən dəyişikliklər: 9-cu maddə (VİDEO)
  07 Sentyabr 2016    Oxunub:7608
AzVision.az Konstitusiyamıza təklif edilən dəyişikliklər və onların niyə lazım olmasını maddələr üzrə şərh edir.

Azərbaycan Respublikasının Konstitusiyasının hazırda qüvvədə olan 9-cu maddəsi belədir:

I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.

Təklif edilən dəyişiklik isə budur:

I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.

Bu dəyişiklik nə üçün lazımdır?

Məsələ ondadır ki, 9-cu maddənin mövcud mətninə görə “digər silahlı birləşmələr” Silahlı Qüvvələrin tərkib hissəsi deyil. Azərbaycan Respublikasının Prezidenti mövcud Konstitusiyaya görə yalnız Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Digər silahlı birləşmələr - sərhəd qoşunları, daxili qoşunlar, Milli Qvardiya ona Ali İcra Hakimiyyətinin başçısı kimi tabedirlər. Lakin adı çəkilən silahlı birləşməlin son illərdəki inkişafı onların real hərbi qüvvəyə çevrilməsinə təkan verib və onların Azərbaycan Ordusu ilə yanaşı, Silahlı Qüvvələrin tərkib hissəsi hesab edilməsi məqsədəuyğun olardı. Bu, ölkənin təhlükəsizliyinin daha da güclənməsinə gətirib çıxaracaq.



AzVision.az



Teqlər:  





Xəbər lenti