`Arzulayırdım ki, prezidentin əlini sıxım` - Zabit Səmədov (Fotolar)

`Arzulayırdım ki, prezidentin əlini sıxım` - Zabit Səmədov (Fotolar)
  08 Sentyabr 2016    Oxunub:32568
Məşhur azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov bu gün Bakıda öz fanatları ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, pərəstişkarları Zabit Səmədovu izdihamla qarşılayıblar.

Dünya çempionu onu sevənləri və media nümayəndələrini salamladıqdan sonra sualları cavablandırıb.

Z.Səmədov çıxışı zamanı prezident İlham Əliyevlə görüşü barədə təəssüratları bölüşüb.

“Prezidentlə görüşməyi, onun əlini sıxmağı çoxdan arzulayırdım. Prezidentimlə fəxr edirəm, ona təşəkkürlərimi bildirirəm. Görüşdə mənim hansısa bir təklifim və ya istəyim yox idi. Məqəsədim sadəcə cənab prezidentlə görüşmək idi. O, mənimlə qürur duyduğu kimi, mən də onunla fəxr edirəm”.

Daha sonra idman fəaliyyətindən danışan Z. Səmədov diqqətə çatdırıb ki, döyüşdə ən vacib olan güclü rəqiblə mübarizə aparmaqdır: “Məndə elə bir istək olmayıb ki, dünya çempionu və ya Avropa kəmərlərim çox olsun. Həmişə çalışmışam ki, güclü rəqiblərlə döyüşüm. Kariyeramda yadda qalan döyüşlər çox olub. Riodakı qalibiyyətimdən sonar məni bir çox məşhurlar təbrik etdi. Onlar arasında müğənnilər də var idi”.

Tanınmış idmançı aktyor olmaq haqqında düşündüyünü söyləyib: “Təklifləri dəyərləndirmək niyyətim var. Ancaq təəssüf ki, hələ təklif almamışam. Təkliflər olmasa, həyatım barədə sənədli film çəkəcəyəm. Bu, mənim arzumdur".









Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti