Bakıya gələn ərəblərin sayı azalıb

Bakıya gələn ərəblərin sayı azalıb
  09 Sentyabr 2016    Oxunub:4119
“Son günlər paytaxtda ərəb turistlərin az görsənməsinə səbəb Şahmat Olimpiadasının keçirilməsidir. Olimpiadaya gələn qonaqlar Bakıda mehmanxalarda yerləşdiriliblər. Otellərdə yer azlığı müşahidə edildiyi üçün ərəblər Qəbələ və Quba-Qusar zonalarına üz tuturlar”.
Bunu AzVision.az-a Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, son günlər Bakıda ərəb turistlərin sayında azalma müşahidə edilir.

N.Bağırov qeyd edib ki, ərəblər Bakı ilə yanaşı daha çox Qəbələ, Quba, Qusar rayonlarına getməyə üstünlük verirlər: “Ərəb turistlərin əksəriyyəti, Dubay, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyndən gələnlərdir. Bu bölgələrdən gələn ərəblər 5 ulduzlu otellərdə qalırlar. İraqdan gələn turistlər 3 və 4 ulduzlu otellərdə, İrandan gələnlər isə 4 ulduzlu otellərdə yerləşirlər. Azərbaycanda ərəblər minumum bir həftə qalırlar”.

N.Bağırov vurğulayıb ki, sentyabr ayınndan sonra ərəb turistlərin sayında azalma müşahidə ediləcək: “Ərəblər Azərbaycana yenidən noyabr və dekabr ayında kütləvi şəkildə gələcəklər. Həmin vaxtlar onlarda bayramlar olur. Bu baxımdan ərəblər tətillərini Azərbaycanda keçirməyə üstünlük verəcəklər. Ümumiyyətlə, bu il turizmin inkişafı baxımından inqilabi il oldu. Uzun illər görülən işlərin nəticəsidir ki, bu gün təkcə ərəblər deyil, keçmiş MDB ölkələrindən Azərbaycana gələn turistlərin sayında da artım müşahidə edilir. Bu, davamlı olacaq və gələn il daha yüksək nəticəni müşahidə edəcəyik”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti